iiko-ya keçid etməyin vaxtıdır!
iiko-nun avtomatlaşdırılmış idarəetmə tsikli xərclərin əsaslı şəkildə azalmasının yeni səviyyəsini təmin edir. Zəmanət veririk ki, iiko üçün ödənilən aylıq məbləğ, itkilərinizi azaltdığınız zaman sizə qayıdan məbləğdən qat-qat az olacaq
Hörmətli iiko istifadəçiləri!

Smart Horeca artıq iiko-nun sertifikatlaşdırılmış partnyoru deyil. Bu o deməkdir ki, bu şirkət artıq proqram təminatından istifadə üçün ödənişləri qəbul edə, cari istifadəçilərə texniki dəstək xidmətləri göstərə və yeni müəssisələrə iiko proqram təminatını sata (qoşa) bilməz.

Təəssüf ki, Smart Horeca şirkətinin istifadəçilərinə onların xəbəri olmadan lisenziyası olmayan və natamam iiko PT-nın quraşdırdığını aşkarladıq. Bu istifadəçilər bir sıra səbəblərə görə son dərəcə təhlükəli vəziyyətdədirlər:

  1. Bu, birbaşa Azərbaycan Respublikasının qanunvericiliyinin pozulmasıdır (Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə).

  2. Keçmiş partnyor iiko-nun sertifikatlaşdırılmış məlumatlar bazasından istifadə etmək imkanından məhrum olduğu üçün, onun satdığı (yazdığı) proqram təminatını istifadə edən şirkətlərin məlumatları, o cümlədən maliyyə əməliyyatları qorunmur və üçüncü şəxslər tərəfindən istifadə edilə bilər.

  3. Lisenziyasız (pirat) nüsxələr funksionallıq baxımından məhduddur, belə ki, iiko-nun yeni intellektual funksiyaları, çatdırılma üçün zəruri olan inteqrasiyaların əksəriyyəti, habelə qanunvericilikdəki dəyişikliklərlə bağlı sistemin ödənişsiz yeniləmələri istifadəçilər üçün əlçatan deyil.

  4. Əgər sizə əvvəllər Smart Horeca tərəfindən xidmət göstərilibsə və lisenziyasız proqram təminatının quraşdırılmasından şübhələnirsinizsə, biz sizdən təcili olaraq iiko-nun sertifikatlaşdırılmış partnyoru - Optima Solutions Services MMC şirkəti ilə əlaqə saxlamağınızı və ya birbaşa iiko şirkətinin baş direktoruna, ceo@iiko.ru ünvanına yazmağınızı xahiş edirik. Biz proqram təminatınızı yoxlayaraq, məlumatlarınız üçün risk müəyyən etsək, dərhal tədbir görəcəyik. iiko PT-dan istifadə üçün ödənişlərin məbləği dəyişməz olaraq qalsa da, artıq bu ödənişlər Optima Solutions Services MMC şirkəti vasitəsilə aparılmalıdır.

    Optima Solutions Services MMC ilə əlaqə
    Ünvan: AZ1075, Azərbaycan, Bakı, Əhməd Rəcəbli küç., 156, Ofis 63
    Telefonlar: +994 50 380 88 24 və ya +994 12 310 26 27
    E-poçt: info@optima.az

    Biz uzun və uğurlu əməkdaşlığa ümid edirik!
    iiko Komandası
Daha çox gəlir
Restoran biznesini idarə etmək üçün iiko-nun innovativ xüsusiyyətləri xərclərin azalması və gəlirin əsaslı şəkildə artmasını təmin edir.
Daha çox azadlıq
Daim restoranda olmaq və ya çoxsaylı hesabatlarla özünüzü məşğul etməyə ehtiyac yoxdur - iiko əməkdaşların işinə və ümumi əməliyyat rejiminə nəzarəti öz üzərinə götürəcək.
Daha çox perspektiv
iiko ilə ideyalarınızı həyata keçirə və uğur qazanmaq üçün ən başdan müasir idarəetmə vasitələrinə sahib ola bilərsiniz.
Restoran sahiblərinin iiko haqqında dedikləri
iiko-nun Azərbaycandakı nümayəndələri